Yuxarı

OBA-nın “Həmrəy olaq” xeyriyyə layihəsi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
OBA-nın “Həmrəy olaq” xeyriyyə layihəsi – Foto

OBA marketlər şəbəkəsinin təşkilatçılığı ilə 31 dekabr – Yeni il və Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Həmrəy olaq” adlı genişmiqyaslı xeyriyyə və korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

Axar.az xəbər verir ki, bir neçə günü əhatə edən layihənin əsas məqsədi sosial həssas qruplara dəstək olmaq, uşaqların bayram sevincinə töhfə vermək, eyni zamanda həmrəylik və paylaşma dəyərlərini təşviq etmək olub. Layihə çərçivəsində OBA marketlər şəbəkəsinin baş ofisində xeyriyyə-satış yarmarkası təşkil edilib.

Yarmarkada Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında yaşayan azyaşlıların öz əlləri ilə hazırladıqları əl işləri, eləcə də OBA-nın müxtəlif struktur əməkdaşlarının bişirdiyi təamlar və əl işləri satışa çıxarılıb.

Layihəyə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti və Şirkətlər Qrupuna daxil olan biznes strukturları da aktiv şəkildə qoşulub. Tədbirdə iştirak edən qonaqlar və əməkdaşlar körpə fidanların sevincinə şərik olaraq həmrəyliyin real nümunəsini nümayiş etdiriblər.

Xeyriyyə-satış yarmarkası çərçivəsində OBA marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova ilə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə arasında görüş keçirilib. Görüş zamanı uşaqların sosial rifahının gücləndirilməsi istiqamətində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinə OBA marketlər şəbəkəsi adından çoxsaylı məişət məhsulları, eləcə də ərzaq yardımı təqdim olunub. Bu dəstək uşaqların gündəlik yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Tədbirin ən yaddaqalan məqamlarından biri uşaqlar və OBA əməkdaşlarının eyni süfrə ətrafında bir araya gələrək bayram sevincini paylaşmaları olub. Azərbaycan Uşaqları İctimai Birliyinin binasında baş tutan növbəti tədbirdə sığınacağın uşaqlarının ifasında xüsusi proqram təqdim olunub. Proqramın sonunda xeyriyyə-satış yarmarkasından əldə olunan vəsait OBA tərəfindən İB-nin sədri Kəmalə Ağazadəyə təqdim olunub. Bayram proqramı çərçivəsində uşaqlar üçün əyləncə də təşkil edilib, Şaxta baba tərəfindən hədiyyələr təqdim olunub və onların üzündə unudulmaz təbəssüm yaradılıb.

“Həmrəy olaq” layihəsi OBA marketlər şəbəkəsinin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsi olaraq, şirkətin cəmiyyətə, xüsusilə də uşaqlara olan diqqət və qayğısını bir daha nümayiş etdirib. OBA marketlər şəbəkəsi bundan sonra da sosial dəyər yaradan, insanlara və cəmiyyətə töhfə verən təşəbbüsləri davam etdirməyi qarşısına məqsəd qoyur.

Tarix
2025.12.29 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...

Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı...

Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla