Yuxarı

Bu uşaqlar üçün bayram şənliyi təşkil olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu uşaqlar üçün bayram şənliyi təşkil olundu - Foto

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.

Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan "Göyərçin" jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan "Göyərçin" jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlik zamanı "Göyərçin" jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.

Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.

Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.

Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.

Tarix
2025.12.30 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla