Yuxarı

ABB-dən daha 3 hesabat!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən daha 3 hesabat!

ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarət sektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı daha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib.

Əmək bazarı ilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrə Azərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərin yerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhlil edilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğul əhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir, fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrə təsnifatlar aparılır, Azərbaycandakı əmək vazarının digər ölkələrlə müqayisəsi verilir.

Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bu mövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlak bazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi, onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlak qiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrə analiz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsas göstəriciləri təqdim olunur.

Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlı ABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtın daşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.12.30 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla