Yuxarı

Hərbi Liseydə bayram konserti təşkil olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi Liseydə bayram konserti təşkil olundu - Foto

Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev, liseyin müəllim heyəti və kursantlar iştirak ediblər.

Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirin bədii hissəsində xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.

Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb.

Tarix
2025.12.30 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla