Yuxarı

Bakıda güclü külək ağacları aşırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda güclü külək ağacları aşırdı - Foto

Yanvarın 2-də Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində doqquz ağac aşıb, altı ağacın budaqları qırılıb.

Bu barədə Axar.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində Yaşıllaşdırma Təsərrufatı Birliyinin qaynar xəttinə 15 müraciət daxil olub. Bunlardan doqquzu aşan ağaclar, altısı isə qırılan budaqlarla bağlıdır:

"Birliyin əməkdaşları tərəfindən aşmış ağaclar ərazidən götürülərək ərazi təmizlənib. Ərazidə təhlükəli ağaclar mövcud olduğu hallarda sakinlərin müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi xahiş olunur. Yalnız Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyindən sonra ağaclar tərəfimizdən götürülə bilər. Sözügedən ağacın götürülməsi ilə bağlı birliyə hər hansı rəy təqdim olunmayıb".

Qurumdan qeyd olunub ki, yanvarın 1-i isə qaynar xəttə 39 müraciət daxil olub. Onlardan 15-i aşan ağac, 24-ü isə qırılmış budaqlar ilə bağlıdır.

Tarix
2026.01.02 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla