Yuxarı

Sənədsiz evlər üçün fürsət: 500 mindən çox çıxarış... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənədsiz evlər üçün fürsət: 500 mindən çox çıxarış... - Video

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq ili" elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirilən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaqlar:

"İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil".

Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.

Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilənlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası gözlənilir. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.

Tarix
2026.01.04 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla