Yuxarı

Martda 17 qeyri-iş günü olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Martda 17 qeyri-iş günü olacaq

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur.

Axar.az Trend-ə istinadla xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ümumilikdə isə digər şənbə-bazar günlərini də nəzərə alsaq (1, 7, 14, 15), bu il mart ayında 17 qeyri-iş günü qeydə alınacaq.

Tarix
2026.01.05 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxananın direktoru təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Bayramov Arakçı ilə danışdı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Okampodan şok: Mən pulları ermənilərdən almışam... – Video

BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla