Yuxarı

Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı

Xocavənd rayonunun Cütcü və Qarazəmi kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanılır.

Axar.az Trend-ə istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Məlumata əsasən, təmir işləri Cütcü kəndində 40 evi (7600m2), Qarazəmi kəndində isə 20 evi (3800m2), yəni ümumilikdə 60 evi əhatə edəcək.

Qurum birinci qeyd olunan kənddəki evlərin təmiri işlərini “Kapital-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), ikinci kənddəkini isə “Everest Qrup” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Bağlanılmış müqavilələrin ümumi dəyəri 3,982 milyon manat həcmində müəyyənləşib.

Beləliklə, 1 evin təmiri 66,4 min manata başa gələcək.

Tarix
2026.01.05 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla