Yuxarı

İqbal Ağazadənin müavini ReAL-a keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqbal Ağazadənin müavini ReAL-a keçdi

Ümüd Partiyasının sədri İqbal Ağazadənin keçmiş müavini, araşdırmaçı jurnalist Aynur İmranova ReAL Hərəkatına üzv olub.

"Axar.az" açıqlamasında A.İmranova bildirib ki, ReAL-ın siyasi quruma çevrilməsi prosesinə qatılmağa və partiya quruculuğunda iştirak etməyə razılıq verib: "Uzun illər ərzində topladığım partiya təcrübəm bu məsələdə mənə yardımçı olacaq"

ReAL Hərəkatının İcra katibi Natiq Cəfərli bildirib ki, Aynur İmranova ilə dostluğumuzdan istifadə edib, partiya quruculuğunda iştirakını xahiş etdik. Doğrusu, onun partiya təcrübəsi bizə çox lazımdır. Sağ olsun ki, təklifimizi dəyərləndirdi.

N.Cəfərli A.İmranovanın hansı vəzifəni tutacağı ilə bağlı qərar verilmədiyini bildirdi: "Aynur xanım ReAL-ın partiya kimi qurucularından olacaq".

Xatırladaq ki, Aynur İmranova uzun illər İqbal Ağazadənin müavini olub. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra partiya sıralarından istefa verib.

Tarix
2014.03.03 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla