Yuxarı

Nazirlə rektor arasında mübahisə düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Müdafiə Naziri Zakir Həsənovun Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi kursantları və zabit heyəti ilə görüşü keçirilib.

"Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, görüşdə Müdafiə naziri ilə yanaşı, ATU-nun rektoru Əhliman Əmiraslanov və Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev də iştirak edib.

Zakir Həsənov çıxışında bir sıra nöqsanlara toxunub və bəzi şəxsləri tənqid edib. Bildirib ki, nazirliyin nəznindəki hospitallarda və hərbi hissələrin tibb məntəqələrində texniki təchizat istənilən səviyyədə deyil. O, çatışmazlığın tezliklə aradan qaldırılacağını qeyd edib.

Nazir həmçinin hərbi həkim kursantlarını təhsillərinə daha məsuliyyətli yanaşmağa çağırıb.

Bundan sonra ATU-nun rektoru Əhliman Əmiraslanovla Zakir Həsənovla arasında maraqlı polemika baş verib. Ə.Əmiraslanov çıxışında universitetin Hərbi tibb fakültəsinin kursantlarının intizamsız olduğunu qeyd edib.

Zakir Həsənov isə bu fikrə etirazını bildirib. Nazir söyləyib ki, statistika rektorun dediklərinin əksini göstərir: "İl ərzində qeyri-ixtisaslı hərbi həkimlərin fəaliyyətində daha çox nöqsanlar baş verib".

Z.Həsənov ixtisaslı hərbi həkimlərin isə daha intizamlı olduğunu diqqətə çatdırıb.

Tarix
2014.03.03 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla