Yuxarı

Azərbaycanda dövlət qurumu ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.

Axar.az Yeni Sabah-a istinadla xəbər verir ki, müvafiq qərar Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən qəbul olunub.

Qərara əsasən, “Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyasının yaradılması və ştat cədvəlinin təsdiq edilməsi haqqında” 2016-cı il 5 dekabr tarixli, 114 nömrəli qərarın 1-ci hissəsi də ləğv edilib. Həmçinin bildirilib ki, bu qərardan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunur. Qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyası 2008-ci ildə yaradılıb. Komissiyanın əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial ekspertizasının aparılması, əlillik dərəcəsinin və səbəbinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi, eləcə də reabilitasiya ehtiyaclarının müəyyən olunması olub. Bu qurumun rəyləri əsasında vətəndaşların sosial müavinətlərə, reabilitasiya vasitələrinə və digər sosial təminat mexanizmlərinə çıxışı formalaşdırılırdı.

Tarix
2026.01.12 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla