Yuxarı

Biznes Bankçılıqda daha çox rahatlıq – Expressbank

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biznes Bankçılıqda daha çox rahatlıq – Expressbank

Expressbank Biznes Bankçılıq imkanlarını genişləndirməkdə davam edir.

Belə ki, artıq Expressbank-ın Biznes Bankçılıq müştəriləri Biznes krediti,

İnvoys maliyyələşdirilməsi və Overdraft sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.

Qeyd edək ki, Expressbank biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsilə 60 ayadək müddətdə 5 000 000 AZN-dək biznes kreditləri təklif edir. Üstəlik 24 ayadək güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq imkanı var.

Həmçinin Bankın Biznes Bankçılıq xidmətlərinin Bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən “Express Business” tətbiqi aktivdir.

Bankın Biznes Bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.

Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2026.01.13 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla