Yuxarı

Bu restoran İsa Həbibbəyliyə məxsus imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu restoran İsa Həbibbəyliyə məxsus imiş

Nəqliyyat Nazirliyinin yanında yerləşən "Karvan" restoranı AMEA prezidenti İsa Həbibbəylinindir.

Axar.az xəbər verir ki, bunu Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında paylaşıb.

"2015-ci ildə həmin restoranda ofisant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitse-prezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu.

Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq, çətirini saxlayan da var (Bu gün Şəhidlər Xiyabanını ziyarət edən İsa Həbibbəyli üçün köməkçisinin çətir saxlaması sosial şəbəkələrdə tənqid edilib - red.). Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir. Elm+vəzifə=Azərbaycan məmuru", - o əlavə edib.

Tarix
2026.01.20 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla