Yuxarı

Terror zamanı yaralanan Vasif indi bu səfirlikdə işləyir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terror zamanı yaralanan Vasif indi bu səfirlikdə işləyir - Foto

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Nocomment.az-a onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.

"Müharibə şəraitinə baxmayaraq, bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyəcan siqnalı verilir”, - T. Tağıyeva söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.

Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.

Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.

Tarix
2026.01.27 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla