Yuxarı

Onlayn sifariş edilən mallar gömrükdə niyə saxlanılır? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlayn sifariş edilən mallar gömrükdə niyə saxlanılır? - Rəsmi

Son günlər xaricdən onlayn qaydada sifariş edilən malların gömrükdə saxlanılması və vətəndaşlara təhvil verilməsində gecikmələr yaşandığına dair şikayətlər artıb. Bildirilir ki, bəzi hallarda mallar ölkəyə çatdırılsa da, buraxılış prosesi uzanır.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də mütləq qaydada gömrük orqanlarına bəyan edilməlidir.

“Son dövrlərdə elektron sifarişlərin sayının kəskin artması ilə paralel olaraq, düzgün və dəqiq bəyan edilməyən, eləcə də ümumiyyətlə bəyan olunmayan bağlamaların həcmi artıb. Bu isə mövcud vəziyyətin tənzimlənməsi məqsədilə əlavə yoxlama və prosedurların aparılmasını zəruri edir”, - qurumdan qeyd edilib.

Açıqlamada vurğulanıb ki, gömrük orqanları tərəfindən yaranmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülür və bu proses bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılışına da təsir göstərə bilir:

“Eyni zamanda sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu cür problemlərin qarşısının alınması üçün onlara müvafiq tövsiyələr verilir”.

Dövlət Gömrük Komitəsi vətəndaşlardan yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığını nəzərə almalarını xahiş edib.

Tarix
2026.01.29 / 21:06
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla