Yuxarı

DYP-dən sürücülərə xəbərdarlıq: 50 AZN cərimə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sürücülərə xəbərdarlıq: 50 AZN cərimə...

Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Axar.az-a verilən məluamta görə, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.

Bildirilib ki, son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır:

"Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.

Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.

Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.

"Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir".

Tarix
2026.01.30 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla