Yuxarı

Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı

İranda insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbs müddəti artırılıb.

Axar.az xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.

Vəkil Mustafa Nilinin sözlərinə görə, müddətin uzadılmasına Məşhəd məhkəməsində qərar verilib. N.Məhəmmədi etirazlarda iştirak etdiyinə görə altı il, təbliğat işlərinə görə isə əlavə bir il yarım həbs cəzasına məhkum edilib və iki illik ölkədən çıxış qadağası alıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabrından bəri İranda dövlətə qarşı sui-qəsd və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamları ilə həbs cəzası çəkir. O, 2024-cü ilin dekabrında sağlamlıq səbəbi ilə 21 günlük məzuniyyətə çıxmış, bu məzuniyyət daha sonra altı ay uzadılmışdı. 2025-ci ilin dekabrında o, İranda insan haqları müdafiəçisi Xosrov Əlikürdinin dəfn mərasimi zamanı saxlanılıb.

Nərgiz Məhəmmədi 2023-cü ildə "İranda qadınlara qarşı zülmlə mübarizə və insan hüquqları və azadlıqlarının təmin edilməsindəki səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.

Tarix
2026.02.09 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla