Yuxarı

İranlı nazir Bakıya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı nazir Bakıya gəldi

İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq Bakıya gəlib.

Axar.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Fərzanə Sadiq İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak edəcək nümayəndə heyətinə rəhbərlik edir.

Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.

Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.

Tarix
2026.02.23 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla