Yuxarı

Mirəlioğlu qətlə yetirilən partiyadaşından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirəlioğlu qətlə yetirilən partiyadaşından danışdı

"İndidən partiyamızın üzvü Aydın Xəlilovun siyasi məqsədlərə görə öldürülməsi versiyasını irəli sürmək düzgün deyil. Amma bunu nə təsdiq, nə də təkzib etmək mümkündür".

"Axar.az" xəbər verir ki, bunu "Aznews.az"a açıqlmasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. KXCP üzvü Aydın Rafiq oğlu Xəlilovun qətlə yetirilməsi haqda danışan M.Mirəlioğlu bildirib ki, martın 4-də saat 14:30 radələrində Aydın Xəlilovun meyiti Salyan-Şirvan yolunda tapılıb. Hazırda hüquq-mühafizə orqanları mərhumun ölümünün səbəbləri faktını araşdırır.

M.Mirəlioğlu vurğulayıb ki, A.Xəlilov rayonun nüfuzlu şəxslərindən biri olub: "O, gənc olmasına baxmayaraq, ağsaqqal sayılırdı. Nüfuzlu bir adam idi. Həmçinin, mərhum Dağlıq Qarabağ müharibəsində döyüşmüşdü".

Qeyd edək ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilov vəhşicəsinə qətlə yetirilib. O, naməlum şəxsin gəldiyi qara rəngli "Toyota Prado" avtomobilinə əyləşib və Salyan-Şirvan istiqamətinə hərəkət ediblər. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb.

Hadisə ilə bağlı Prokurorluqda "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

Tarix
2014.03.04 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla