Yuxarı

Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...

Son yay tətilində Türkiyəyə getmişdi. “Addım-Addım Türkiyə” filminin çəkilişlərini edirdi. Türkiyədə olsam da, bu müddət ərzində onu 2 dəfə görə bildim. Orada bəzi bölgələr çox isti, bəzilərində isə həmin dövrdə terror təhlükəsi vardı. Lakin bütün bunlara baxmayaraq o filmi çəkdi. Bu gün də televiziyada nümayiş olunur.

Axar.az xəbər verir ki, bunu “Yeni Sabah"a müsahibəsində mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva deyib.

K.Paşayeva bacısının ölümündən öncəki bir aylıq müddəti belə xatırlayıb:

“Çox yorğun idi. Bəzi vilayətləri çəkə bilməmişdi. Sentyabrın 8-də mənə zəng vurub dedi ki, mən gedirəm. Asiya Parlament Assambleyasının iclası var idi. Dedi ki, orada iştirak edib geri qayıdacağam. Ege bölgəsini çəkmək üçün gələcəkdi. Sentyabrın 28-də komaya düşdü, xəstəxanaya yerləşdirildi. Lakin heç birimiz bunu gözləmirdik. Çünki o, nə qədər yorğun da olsa, xəstə də olsa, hər zaman ayaq üstə idi”.

Deputatın bacısı onun ölüm səbəbi ilə bağlı iddialara aydınlıq gətirib:

“Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı. O, iddia edildiyi kimi arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təziqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec…”

Tarix
2026.03.10 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla