Yuxarı

5 yaşlı azərbaycanlı Kərbəlada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 yaşlı azərbaycanlı Kərbəlada öldü

Azərbaycanlı uşaq İraqın Kərbəla şəhərində vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Zahir Əmənov özünün Feysbuk səhifəsində yazıb.

Jurnalist bildirib ki, Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 5 yaşlı qızı Zəhra dünyasını dəyişib. Z.Rəhimova Kərbəla şəhərində torpağa tapşırılıb.

Uşağın günvurmadan öldüyü ehtimal edilir.

Onun sözlərinə görə, Z.Rəhimovanın atası Rəhimov Habil İltizam oğlu Suriyada dini təhsil alırmış. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirib. Bu səfərdə də məqsəd H.Rəhimovun dövlət imtahanı verməsi ilə bağlı olub.

"Rəhmətə gedən Zəhra Habil Rəhimovun üç uşağından ortancılı idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib", - Z.Əmənov deyib.

Jurnalist onu da qeyd edib ki, bir həftə bu ailəyə daha bir ağır itki üz vermişdi. Habilin Ərkivanda yaşayan bacısı qızı qəfil xəstəlikdən 22 yaşında dünyasını dəyişmişdi.

Tarix
2016.09.01 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

AB Rusiya qazı almağa qayıdacaq - Magyar

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla