Yuxarı

Bakıda piyadaların vurulması - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyadaların vurulması - Anbaan video

Ölkə ərazisində baş verən piyadavurma hadisələrinin videogörüntüləri yayılıb.

Axar.az xəbər verir ki, görüntülər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yayımlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev açıqlamasında yol hərəkəti təhlükəsizliyinin yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunduğunu bildirib:

"Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir.

Aparılan təhlillər göstərir ki, ölkəmizdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bu göstərici piyadaların yol hərəkətindəki davranışına daha diqqətlə yanaşmağın vacibliyini ortaya qoyur.

Təəssüf ki, bəzi hallarda piyadalar tərəfindən yolu nəzərdə tutulmayan yerlərdən keçmək, hərəkət hissəsinə qəfil daxil olmaq, diqqəti yayındıran vasitələrdən istifadə etmək kimi davranışlara yol verilir. Bu cür halların hər biri isə riskin artmasına səbəb olur".

"Nəzərə almaq lazımdır ki, yol hərəkətində üstünlük hüququ hər zaman təhlükəsizlik demək deyil. Ən vacib amil diqqətli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və qaydalara əməl etməkdir. Çünki baş verən toqquşmalarda ən ağır nəticə ilə üzləşən tərəf məhz piyadalar olur.

Yol hərəkəti qaydaları insan həyatının qorunmasına xidmət edir. Bu qaydalara əməl etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir.

Unutmamalıyıq ki, yolda atılan hər addım düşünülmüş olmalıdır.

Çünki bəzən bir addım insanı təhlükədən uzaqlaşdırır, bəzən isə əksinə - onu təhlükəyə aparır", - şöbə rəisi qeyd edib.

Tarix
2026.03.17 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla