Yuxarı

Kəlbəcər yolunda qar uçqunu baş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcər yolunda qar uçqunu baş verdi

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb və nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir:

"Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər".

Tarix
2026.04.05 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla