Yuxarı

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili Günü böyük təntənə ilə qeyd olunub.

Axar.az xəbər verir ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dövlət himnləri ilə başlayıb.

Bildirilib ki, hər il aprel ayının 20-də qeyd olunan Beynəlxalq Çin Dili Günü 2010-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən, eləcə də BMT-nun altı rəsmi dilinin bərabər istifadəsini təşviq etmək məqsədilə təsis edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey və digər çinli qonaqları universitetdə keçirilən bayram tədbirində görməkdən məmnun olduğunu bildirib. Beynəlxalq Çin Dili Gününün qeyd edilməsinin əhəmiyyətindən danışan rektor bildirib ki, beş min il əvvəl yaranan Çin heroqrifləri dünya mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb. Böyük İpək Yolu təkcə ticarət deyil, həm də böyük mənəviyyat yolu idi.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey tədbiri hazırlayan ADU-nun müəllim və tələbələrinə səfirlik adından minnətdarlığını bildirib, Beynəlxalq Çin Dili Gününün yaranma tarixindən danışıb. Bildirilib ki, son illər Prezident Si Szinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı durmadan genişlənib, dostluğumuz daha da dərinləşib.

Çin dilinin dünyada ən çox danışılan dil olduğunu və Azərbaycanda səkkiz mindən çox insanın bu dili öyrənmək üçün qeydiyyatdan keçdiyini vurğulayan səfir qeyd edib ki, eyni zamanda, bir çox Çin universitetlərində azərbaycanşünaslıq fəal şəkildə həyata keçirilir. 2025-ci ildə altmış mindən çox Çin vətəndaşının Azərbaycana səfər etdiyini qeyd edən səfir deyib: “Gələcəyə baxsaq, Çin-Azərbaycan münasibətlərinin geniş perspektivləri var və Çin dilini öyrənmək üçün böyük potensial var. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər kəsə Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün imkanlar və şərait yaradacaq”.

Çıxışlardan sonra ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Çin dilində səslənən musiqi nömrələri və ifalar tədbirə xüsusi rəng qataraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin, qonaqlar Çin mədəniyyətinə həsr olunmuş sərgi ilə tanış olublar və ustad dərslərində iştirak ediblər.

Tarix
2026.04.20 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla