Yuxarı

Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu -

12:35

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

***

"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı Metropoliteni QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib:

"Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".

***

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

***

Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Tarix
2026.04.21 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla