Yuxarı

Xocalı sakini Ağdərədə minaya düşdü: vəziyyəti ağırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı sakini Ağdərədə minaya düşdü: vəziyyəti ağırdır

14:22

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2026-cı il 26 aprel tarixində mina hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.

Məlumata görə, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***

Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən şəxsin vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 14:00 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Tarix
2026.04.26 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla