Yuxarı

Dəmir yolunda baş verən qəzalar... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəmir yolunda baş verən qəzalar... - Video

Ötən gün saat 09:00 radələrində Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bundan bir qədər sonra - saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib.

“Aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması, sonda qəzaları qaçılmaz edib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər”,- məlumatda bildirilir.

Tarix
2026.04.30 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın COP17-yə ev sahibliyi ilə bağlı müraciət

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla