Yuxarı

ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...

Mayın 1-də Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı Respublika tələbə-şagird elmi konfransının açılışı olub.

Axar.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir inkişaf strategiyasının əsasını qoyan, dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynayan tarixi şəxsiyyətdir.

Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və ölkənin dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Rektor bildirib ki, belə elmi konfransların keçirilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onların elmi düşüncə tərzinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

“Bu gün universitetimizdə ənənə halını alan və ölkə ali təhsil sahəsində ilk olan tələbə-şagird elmi konfransının keçirilməsi mühüm hadisələrdən biridir. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konfransda tələbələr şagirdlərə elmi rəhbərlik etməklə, öz bilik və bacarıqlarını şagirdlərə ötürürlər. Bu o deməkdir ki, konfransda iştirak edən şagirdlərə məhz ADU-nun tələbələri elmi rəhbərlik etməklə, həm də bu mənada bir ilkə imza atmış olurlar.

Bu gün konfransda ölkəmizin müxtəlif təhsil müəssisələrindən olan şagirdlər, tələbələr, müəllimlər və təhsil nümayəndələri iştirak edirlər.

Konfransda iştirak edən müəllimlərə, tələbələrə, şagirdlərə, kafedralara və bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Konfrans tələbə-şagird münasibətlərində yeni uğurlu nümunəni elmi-ictimai cəmiyyətə təqdim edir.

Bu cür təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılmasına, onların tədqiqat bacarıqlarının formalaşmasına və qarşılıqlı əməkdaşlıq mühitinin gücləndirilməsinə mühüm töhfə verir.

Konfrans eyni zamanda müxtəlif təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli platforma rolunu oynayır. Burada səsləndirilən fikirlər, təqdim olunan elmi məruzələr və aparılan müzakirələr iştirakçıların dünyagörüşünün genişlənməsinə, yeni ideyaların yaranmasına və gələcək elmi fəaliyyət üçün stimul formalaşdırır. Bu baxımdan, belə tədbirlərin davamlı təşkili ölkəmizdə elmin və təhsilin inkişafına xidmət edən əsas amillərdən biri kimi dəyərləndirilir. Əminəm ki, bugünkü konfrans öz nəticələri ilə yadda qalacaq, iştirakçılar üçün yeni uğurların başlanğıcına çevriləcək və ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycanın gələcək tərəqqisinə töhfə verəcəkdir. Yaşasın konfrans, yaşasın Ulu Öndər Heydər Əliyevin bizim qəlbimizdə, bizim beynimizdə yaşayan əziz xatirəsi!”

Daha sonra çıxış edənlər: Milli Müdafiə Universitetinin professoru Yəhya Babanlı, Heydər Əliyev adına Hərbi İnstitutunun müəllimi, mayor Amil Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdi Hüseyn Abbaslı, ADU TEC-in sədri Dürrə Həşimova, ADU-nun elmi və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü Günay Əkbərova konfransla bağlı fikirlərini bölüşüblər.

Çıxış edənlər konfransın aktuallığına diqqət çəkiblər. Bildirilib ki, belə elmi platformalar gənclərin intellektual potensialının üzə çıxarılmasında, onların elmi düşüncə və tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynayır.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Tarix
2026.05.02 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla