Yuxarı

Şagirdə şiddət göstərən müəllim tənbeh olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdə şiddət göstərən müəllim tənbeh olundu

Bakı şəhəri 95 nömrəli məktəbin 3-cü sinif şagirdi şiddətə məruz qalıb.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, valideyn Zaur Rufiyev bildirir ki, övladı Uğur Rufiyev həmin məktəbin müəllimi Xalisə Məmmədova tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb.

Onun sözlərinə görə, videogörüntülərdə müəllimin şagirdin qolunu sıxdığı və qorxu yaradan davranışlar sərgilədiyi əks olunub. Valideyn qeyd edir ki, baş verənlər uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Bununla yanaşı, adıçəkilən müəllim tərəfindən valideynlərdən pul yığılması ilə bağlı iddialar da səsləndirilir.

Məsələ ilə bağlı 95 nömrəli məktəbdən bildirilib ki,məsələ ilə əlaqədar araşdırma aparılıb.

Araşdırma nəticəsində “Təhsilverənlərin etik davranış qaydaları”nının tələblərinə riayət etmədiyinə görə müəllimə intizam tənbeh tədbiri tətbiq olunub.

“Digər iddialarla bağlı da araşdırma aparılır. Valideyn iclasları keçirilir, məktəb mühitinə uyğun olmayan halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılır. Məktəbdə səmərəli tədris mühitinin qorunması diqqət mərkəzində saxlanılır”,- məlumatda qeyd olunub.

Tarix
2026.05.04 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla