Yuxarı

“Mən prezidentin əsgəriyəm” - Şəmsəddin Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev istefasından danışıb.

O, hər şeyin qaydasında olduğunu deyib. Sabiq rektor bildirib ki, istefasını normal qarşılayıb: "Mən prezidentin əsgəriyəm. Prezident məni hara göndərsə gedəcəyəm. Sabah cəbhəyə göndərsə, ora gedəcəyəm. Heç bir problem yoxdur".

Ş.Hacıyev bundan sonra parlamentdə işini davam etdirəcəyini bildirdi: "Vəziyyət çox gözəldir. Mən həm rektor, həm də parlamentdə komitə sədri idim. Bundan sonra var gücümlə parlamentdə qanunvericilik fəaliyyəti ilə bağlı məşğul olacağam. Bu qərarı da çox gözəl qarşıladım, istefamı normal qəbul edirəm. Parlamentdə elm-təhsil sahəsində qanunvericiliklə bağlı işləri davam etdirəcəyəm".

Deputat yerinə təyin olunan rektor Ədalət Muradov haqda da danışıb. Onun sözlərinə görə, təzə rektor savadlı kadrdır və qalan işləri davam etdirəcəyinə inanır: "Mən yeni rektoru çoxdan tanıyıram. Yeni rektor layiqli kadrdır, iqtisadçıdır, elmlər doktorudur, Kiyevdə işini müdafiə edib. Özüm onun müdafiəsində iştirak etmişəm. İnanıram ki, başladığımız yerdən qalan işləri davam etdirəcək" ("Musavat.com").

Tarix
2014.03.06 / 18:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla