Yuxarı

Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı

“Azercell”in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına hazırlanan məktəbli qızlar növbəti uğura imza atıblar.

İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar Olimpiadasında (EGOI 2026) məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. 67 ölkədən 242 məktəbli qız şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada Azərbaycan komandası iki medal qazanıb.

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin X sinif şagirdi Xədicə Məhərli olimpiadada yüksək nəticə göstərərək bürünc medala layiq görülüblər.

2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən başlayaraq qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıq proqramlarına qatılır.

Hazırlıq proqramları çərçivəsində məktəblilərin nəzəri və praktiki biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, onların beynəlxalq yarışlarda iştirakının təşviqi və gələcək İT mütəxəssisləri kimi formalaşmasına dəstək göstərilir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq elm və texnologiya platformalarında uğurla təmsil olunmasına da mühüm töhfə verir.

Tarix
2026.05.22 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla