Yuxarı

3 ali məktəbin akkreditasiyası başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.

Lent.az-ın məlumatına görə, bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.

Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, ali təhsil müəssisələri yalnız müvafiq dövlət standartlarının tələbləri çərçivəsində akkreditasiyadan keçdikdən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərə bilərlər.

Tarix
2016.09.23 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla