Yuxarı

Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama

Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələrdən biridir:

“Dövlət borcunun məzənnə və xarici bazar riskləri bu dövr ərzində azalıb. Orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb ki, bu da ÜDM-i təqribən 15% üstələyir. Büdcəmiz profisitlə icra edilib. Büdcənin icrasında cari xərclərə nəzər saldıqda, qeyri-neft gəlirləri hesabına onların örtülməsi 92%-ə çatıb ki, bu da proqnozdan 7,5%-dən çoxdur. Bunu gələn il 100%-ə çatdırmağı hədəfləyirik”.

Tarix
2026.06.09 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla