Yuxarı

Sabahın hava proqnozu - Yağış, duman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Tarix
2016.09.26 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla