Yuxarı

Xəbərdarlıq: Bakıda yağışlar davam edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sentyabrın 30-da paytaxt və yarımadada yağışların intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, sentyabrın 30-dan oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Tarix
2016.09.29 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla