Yuxarı

Türkiyəli professor BDU-da – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Bakı Beynəlxalq humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyənin Qazi Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Zakir Avşar Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Axar.az-a verilən məlumata götə, rektor, akademik Abel Məhərrəmov qonaga universitet haqqında məlumat verib, jurnalistika fakültəsi, tədris olunan fənlər barədə danışıb.

Professor Zakir Avşar, öz növbəsində, təmsil etdiyi fakültə haqqında danışaraq, onun Türkiyənin jurnalistika fakültələri arasında ilk yerlərdə qərarlaşdığını bildirib.

Sonra professor jurnalistika fakültəsinin Tədris tele-radio studiyası ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ötən gün isə YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti, Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktoru Xose Manuel Girones Bakı Dövlət Universitetində olub.

Tarix
2016.09.30 / 13:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla