Yuxarı

Federasiya rəhbəri dövlət torpaqlarını qanunsuz satırmış…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Federasiya rəhbəri dövlət torpaqlarını qanunsuz satırmış…

İş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov daha bir cinayətdə ittiham olunur.

Axar.az APA-ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satmaqda ittiham olunan 11 nəfərdən biri Ceyhun Əşrəfovdur.

O və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt edərək satmaqda ittiham olunurlar.

Qeyd edək ki, Ceyhun Əşrəfov və digərlərinin ittiham olunduğu cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edir.

Həmin iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentidir. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Tarix
2026.07.03 / 11:20
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla