Yuxarı

Mənşəyi məlum olmayan xəstəlik yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənşəyi məlum olmayan xəstəlik yayıldı

Astara rayonunda iribuynuzlu mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

APA-nın məlumatına görə, xəstəlik bir aya yaxındır ki, rayonun əksər kəndlərində müşahidə olunmaqdadır. Heyvanların bədənində düyünlər yarandığı, qidalana bilmədikləri bildirilir. Bu hala daha çox rayonun Şiyəkəran kəndində rast gəlinir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik kənddəki əksər şəxsi təsərrüfatlarda yayılıb.

Ümumilikdə kənddə xəstə heyvanların sayı 100-dən artıqdır. Sakinlərin sözlərinə görə, heyvanlar arasında ölüm faktları da qeydə alınıb. Xəstəliyə tutulmuş heyvanlara edilən müalicələrin isə heç bir nəticə vermədiyi bildirilir.

Yerli baytarlar sakinlərə profilaktik tədbirlərin aparılmasını məsləhət görüblər.

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun verdiyi məlumata görə, heyvanlar arasında yayılmış xəstəliyə səbəb sakinlər tərəfindən onların gecələr də örüş sahəsində saxlanmasıdır. Xəstəliyin dəqiq səbəbləri isə hələlik bilinmir.

Tarix
2016.10.01 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla