Yuxarı

Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...

İnsan beyninin ən yüksək potensiala çatdığı yaşla bağlı yeni araşdırma aparılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Avstraliya və Polşadan olan psixoloqların “İntelligence” jurnalında dərc olunan araşdırmasına görə, insanın intellekti, şəxsiyyət xüsusiyyətləri və emosional zəkanın birgə formalaşdırdığı kompleks psixoloji yetkinlik 55–60 yaş arasında zirvəyə çatır.

Tədqiqatçılar müxtəlif psixoloji göstəriciləri vahid indeksdə birləşdiriblər. Məlum olub ki, hər qabiliyyət fərqli yaş dövründə maksimum səviyyəyə yüksəlir. Yeni problemləri həll etməyə imkan verən düşüncə çevikliyi təxminən 20 yaşda pik həddə çatır. Toplanmış biliklər 60 yaşadək artır, emosional zəka əsasən 40 yaşlarda zirvəyə yüksəlir, maliyyə savadlılığı və mənəvi düşüncə isə 60–70 yaş arasında ən yüksək səviyyəyə çatır.

Bütün bu göstəricilər vahid indeksdə birləşdirildikdə isə ən yüksək nəticə 55–60 yaş dövrünə təsadüf edib.

Araşdırmada maraqlı bir nəticə də ortaya çıxıb. Belə ki, 85 yaşlı insanın ümumi göstəricisi 18 yaşlı gəncin nəticəsinə yaxın olsa da, bunun səbəbi tamamilə fərqlidir. Gənclərdə üstünlük düşüncə çevikliyində olduğu halda, yaşlı insanlarda müdriklik, həyat təcrübəsi və emosiyalara nəzarət ön plana çıxır.

Alimlərin qənaətinə görə, ən mürəkkəb və məsuliyyətli qərarların qəbulu üçün ideal yaş 40–65 yaş aralığı hesab olunur. Bu dövrdə insan həm kifayət qədər çevik düşüncəyə, həm də zəngin həyat təcrübəsinə malik olur.

Tarix
2026.07.09 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla