Yuxarı

Azərbaycanda maşın yağı bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda maşın yağı bahalaşdı

Azərbaycanda avtomobil mühərriki yağlarının qiymətində son aylar artım müşahidə olunur. Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Onların sözlərinə görə, əvvəllər 82 manata satılan Alpine RSL 5W-40 mühərrik yağı hazırda 95 manata təklif edilir. Digər markalarda da oxşar bahalaşma qeydə alınır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bazar iştirakçılarının sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdə artan geosiyasi gərginlikdir. Xüsusilə dünya neft daşımalarının böyük hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında yaranan risklər logistika və nəqliyyat xərclərini artırıb. Bu da mühərrik yağları da daxil olmaqla neft məhsullarından istehsal olunan malların maya dəyərinə təsir göstərir.

Mühərrik yağlarının istehsalında istifadə olunan baza yağları və bir sıra kimyəvi əlavələr xaricdən idxal olunur. Daşınma xərclərinin artması, sığorta risklərinin yüksəlməsi və təchizat zəncirində yaranan qeyri-müəyyənlik son nəticədə məhsulların pərakəndə satış qiymətlərində özünü göstərir.

Sürücülər isə deyirlər ki, mühərrik yağları ilə yanaşı, digər avtomobil ehtiyat hissələri və sərf materiallarının da bahalaşması avtomobilə texniki qulluq xərclərini xeyli artırıb.

Tarix
2026.07.12 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla