Yuxarı

AMEA Bakıdan köçürülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA Bakıdan köçürülür?

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət müəssisələrinin paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır.

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

Axar.az xəbər verir ki, AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya açıqlamasında dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılmasının çoxdan mövcud olduğunu bildirib:

"Bəzi ölkələrdə bu tipli tarixi binalarda daha çox administrativ idarəçilik davam etdirilir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır.

AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə, niyə də olmasın?

Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz emblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarımız da var".

Akademik onu da vurğulayıb ki, bəzi universitetlərin filialları digər şəhər və rayonlarda artıq mövcuddur:

"Hələlik bu filialların səviyyəsinin mərkəzdəki kimi yüksək olmasını demək çətindir. Əlbəttə, problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki, səviyyə də yüksələcək. Çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni regionlarımızda da elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilərlər".

Tarix
2026.07.15 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla