Yuxarı

Azərbaycan dialoqa və tərəfdaşlığa üstünlük verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dialoqa və tərəfdaşlığa üstünlük verir

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər qarşılıqlı hörmətə, etimada və praqmatik əməkdaşlığa əsaslanan məzmun qazanıb.

Axar.az xəbər verir ki, bu sözlər deputat Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.

Onun sözlərinə görə, Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata bəyanatları bir daha göstərdi ki, iki ölkə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur:

”Bu münasibətlərin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, humanitar və regional məsələlər üzrə ortaq maraqlara söykənir. Şuşada keçirilən görüşün özü xüsusi siyasi məna daşıyır. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm beynəlxalq təmasların həyata keçirildiyi nüfuzlu platformaya çevrilib. Dost və tərəfdaş ölkələrin dövlət başçılarının məhz bu şəhərdə qəbul edilməsi Azərbaycanın azad olunmuş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun növbəti ifadəsidir".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirib:

“Slovakiya ilə münasibətlərin inkişafına verilən önəm də məhz bu siyasətin tərkib hissəsidir. Qarşılıqlı səfərlərin intensivləşməsi, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi və konkret layihələrin həyata keçirilməsi iki ölkənin əməkdaşlığının uzunmüddətli perspektivə hesablandığını göstərir. Beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrdə etimada əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu əməkdaşlıq modelini uğurla həyata keçirən dövlət kimi diqqət çəkir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır ki, bu da əlaqələrin davamlılığını təmin edən əsas amillərdəndir. Şuşadan verilən mesajlar onu da göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsində açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün əlverişli imkanlar təqdim edir və bu imkanlardan qarşılıqlı fayda əsasında istifadə olunması hər iki tərəfin maraqlarına cavab verir.

Bugünkü reallıq göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri artıq yeni keyfiyyət mərhələsinə yüksəlir. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın konkret nəticələrə yönəlməsi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Şuşada keçirilən görüş isə bu strateji tərəfdaşlığın inkişaf tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər".

Tarix
2026.07.15 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla