Yuxarı

General məclisdə huşunu itirib? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10-04 17:13

Azərbaycanın keçmiş müdafiə naziri, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayevin səhhətində ciddi problemlər yaranıb.

Missiya.Az-ın əldə etdiyi özəl məlumata görə, general-mayor Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, keçmiş nazir bir neçə gün öncə qonaqları olan rusiyalı generallara ziyafət verib. Elə həmin məclisdə onun səhəti qəfil pisləşib. General huşunu itirərək yerə yıxılıb. Rzayev təcili tibbi yardım maşını ilə qonaqlıqdan birbaşa xəstəxanaya aparılıb.

Yaxınları keçmiş nazirin sağlıq durumunun hazırda ağır olduğunu bildiriblər.

***

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatından general Dadaş Rzayevin səhhəti ilə bağlı açıqlama verilib. Qurumdan musavat.com-a verilən məlumatda bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, təşkilatın sədri hazırda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə almasının səbəbi hər il olduğu kimi cari ildə də profilaktik məqsəd daşıyır.

Təşkilat KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırıb: "Bunun hansısa ziyafət məclisi ilə heç bir əlaqəsinin olmadığını və hazırda general-mayor Dadaş Rzayevin səhətinin normal olduğunu bildiririk".

Tarix
2016.10.05 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla