Yuxarı

Bakıda kuryerlərin əsas problemi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kuryerlərin əsas problemi - Video

Bakıda fəaliyyət göstərən kuryerlər sifariş götürərkən ciddi problemlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, restoranların yerləşdiyi küçələrdə motosikleti qısa müddətə saxlamaq üçün uyğun yer olmadığından tez-tez cərimələnirlər. Bəzən bir cərimənin məbləğini ödəmək üçün 10 sifariş çatdırmalı olurlar.

Axar.az xəbər verir ki, kuryerlərin sözlərinə görə, park yerlərinin əksəriyyəti avtomobillər tərəfindən tutulduğundan motosikleti qaydalara uyğun saxlamaq mümkün olmur. Avtobus zolağında, taksi dayanacağında və ya səkidə dayanmaq isə cərimə ilə nəticələnir.

Onlar xüsusilə restoranların sıx yerləşdiyi küçələrdə bu problemin daha qabarıq hiss olunduğunu deyirlər. Bildirilir ki, bəzi ərazilərdə yolun bir hissəsi avtobus zolağı, digər hissəsi isə taksi dayanacağı olduğundan sifariş götürmək üçün qanuni dayanacaq tapmaq mümkün olmur.

Kuryerlər restoranların qarşısında motosikletlər üçün qısamüddətli dayanma yerlərinin yaradılmasını istəyirlər. Onların fikrincə, bu, həm sifarişlərin gecikməsinin, həm də cərimələrin qarşısını ala bilər.

Daha ətraflı Xəzər TV-nin reportajında:

Tarix
2026.07.19 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla