Yuxarı

"AzerGold"un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"AzerGold"un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüş keçirdi

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrinin sakinləri ilə növbəti görüş keçirib.

Axar.az xəbər verir ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) təşkil olunan görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.

Görüş zamanı Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi, xüsusilə hasilat işlərinin həyata keçirildiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2026-cı ilin ilk yarısında rayon ərazisində sosial rifahın gücləndirilməsi, abadlıq-quruculuq, azyaşlıların asudə vaxtının səmərəli təşkili, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın inkişafı, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə ümumilikdə 15 sosial layihə və tədbir həyata keçirilib.

Bildirilib ki, ilin sonunadək “AzerGold” QSC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində Quşçu kəndində günəş enerjisi ilə işləyən küçə işıqlandırma sisteminin quraşdırılması, genişmiqyaslı səyyar tibbi müayinə aksiyasının təşkili, Daşkəsən məktəbliləri üçün tədris mərkəzinin yaradılması, həmçinin bir sıra infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Tədbirin sonunda sakinlərin müraciətləri dinlənilib, onların təklif və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılması və mövcud səlahiyyətlər çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun həlli imkanlarının qiymətləndirilməsi məqsədilə qeydiyyata alınıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən yerli icmaların sosial ehtiyaclarının müəyyənləşdirilməsi, ictimai dialoqun gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə bu cür ənənəvi görüşlərin keçirilməsi davam etdiriləcək.

Tarix
2026.07.22 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla