Yuxarı

Qəzada ölən hərbçi ilə bağlı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada ölən hərbçi ilə bağlı - Təfərrüat

Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36 BB 211 dövlət nömrə nişanlı VAZ 21011 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu Bığır kənd sakini 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.

Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) olub. O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə, özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanıb.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.10.09 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla