Yuxarı

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışı, regional tur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışı, regional tur

Azərişıq ASC-nin təşkilatçılığı ilə Qubada Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının regional turu keçirilib.

Axar.az xəbər verir ki, Quba Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında belə yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Xaçmaz RETSİ üzrə 6 komanda - “Xaçmaz EŞ”, "Xudat ETSİ", “Şabran EŞ”, “Quba EŞ”, “Qusar EŞ” və “Siyəzən EŞ” nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 qapalı tipli sualı cavablandırmağa çalışıblar.

Yarışın ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələdə əldə edilən xalların nəticələrinə əsasən "Xaçmaz EŞ" regional turun qalibi olaraq Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Tarix
2026.08.08 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla