Yuxarı

Samuxda zəhərlənənlərin sayı artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxda zəhərlənənlərin sayı artdı

09:27

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhət adına xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən şəxslər 42 yaşlı Seymur Əliyev, 40 yaşlı Elçin Cabbarov, 51 yaşlı Mehriban Orucova, 46 yaşlı Azər Allahverdiyev və 50 yaşlı Məlahət Allahverdiyevadır.

Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.

İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi güman edilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Samuxda baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisə nəzarətdədir.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.

***

Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

Faktla bağlı daha 5 nəfər xəstəxanaya gətirilib.

2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il yəvəllüdlü Tünzalə Cabbarova, 1986-cı il təvəllüdlü Sevinc Allahverdiyeva və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Tarix
2026.08.13 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla