Yuxarı

“Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”

“Apple” dünyasını daha yaxından kəşf etmək istəyənlər üçün “Kontakt”da yeni ünvan var. Sabahdan etibarən şəbəkənin “Bakıxanov stansiyası” mağazasında növbəti rəsmi “Apple Shop” qapılarını açır.

Qafqazın ilk rəsmi “Apple Shop”u “İnşaatçılar” mağazasında açılandan sonra “Kontakt” bu xüsusi konsepti daha bir ünvana da gətirir. Bu eksklüziv zonada “Apple” cihazları vitrində sadəcə yan-yana düzülməkdən daha böyük məna ifadə edir - vahid ekosistem şəklində təqdim olunur. Bura ziyarətçilərə cihazların bir-biri ilə necə harmoniyada işlədiyini real mühitdə sınaqdan keçirmək fürsəti yaradır. Üstəlik, məkanda brendin qlobal təlimlərini keçmiş rəsmi ekspertlər fəaliyyət göstərir. Bu isə doğru cihaz seçimindən texniki suallara qədər hər addımda peşəkar dəstək deməkdir.

3 GÜNLÜK XÜSUSİ FÜRSƏT

Şəbəkə yeni “Apple Shop”un fəaliyyətə başlamasını xüsusi kampaniya ilə qeyd edir. Avqustun 14-dən 16-dək “Bakıxanov stansiyası” mağazasına gələn hər kəsi bütün “Apple” məhsullarına nağd alışda xüsusi endirimlər gözləyir. Üstəlik, seçdiyini məhsulun elə endirimli qiyməti 24 aya hissəli ödənişə bölmək də mümkündür.

Açılışa özəl ən diqqətçəkən təklifləri araşdırdıq. Bu 3 gün ərzində:

  • 256 GB həcmə malik MacBook Neo notbukunu nağd alışda 2100 yox, cəmi 1700 manata; hissəli alışda isə 24 aylıq müddətə ayda cəmi 74 manata;
  • 128 GB həcmə malik iPhone 15 smartfonunu nağd alışda 2000 yox, cəmi 1600 manata; hissəli alışda isə 24 aylıq müddətə ayda cəmi 75 manata sahib ola bilərsiniz.

Bu və bunun kimi bir çox “Apple” məhsulunu yerində yoxlamaq, yeni konseptin üstünlüklərini özünüz hiss etmək üçün “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasına baş çəkə bilərsiniz.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.

Tarix
2026.08.13 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla