Yuxarı

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Tarix
2026.08.13 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla